Dünyanın ən zəngin insanları sərvətlərini daha da artırıb

 22:25 03.07.2023     507

2023-cü ilin birinci yarısında dünyanın ən zəngin 500 adamı ümumi sərvətlərini 852 milyard dollar artırıb. Beləliklə, bu siyahının hər biri orta hesabla altı ay ərzində hər gün təxminən 14 milyon dollar zənginləşib.

Redaktor.az bu barədə “Bloomberg”ə istinadla xəbər verir.

Məlumata görə, bu, qlobal iqtisadiyyatın COVID-19 pandemiyası ilə bağlı birinci yarıda çöküşdən sağalmağa başladığı 2020-ci ilin ikinci yarısından bəri ilk 500-lük üçün ən yaxşı nəticədir.

Planetin əsas varlı adamı statusu İlon Maska qaytarılıb, onun sərvəti iyunun 30-da 96,6 milyard dollar artaraq 234 milyarda çatıb. Sonrakı yerdə 200 milyard dollar (üstəgəl 38,2 milyard dollar) nəticə ilə Fransanın lüks mallar istehsalçısı LVMH (LVMH Moet Hennessy - Louis Vuitton) sahibi Bernard Arnault gəlir.

Qeyd olunur ki, ilin birinci yarısında ən çox itirən Karl İkan olub, onun sərvəti 57 faiz (13,4 milyard dollar) azalıb. Bununla belə, antirekord fırıldaqçılıq və səhmlərlə manipulyasiya ittihamlarından sonra 60,2 milyard dollar itirmiş hindistanlı iş adamı Quatam Adaniyə məxsusdur.

Həmidə İBRAHİMLİ