Ən çox spirtli içki qəbul edən ölkələrin reytinqi açıqlandı

 16:57 05.07.2023     661

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ən çox spirtli içki qəbul edən 189 ölkənin reytinqini dərc edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Cia.gov” məlumat yayıb.

Bildirilib ki, Azərbaycan bu siyahıda adambaşına 1,38 litrlə 142-ci yerdə qərarlaşıb. Türkiyə 148 (1,18 l), İran 181 (0,02 l), Gürcüstan 53 (7,45 l), Ermənistan isə 3,77 litrlə 99-cu olub.

Siyahıda birinci yerdə 12,97 litrlə Kuk adaları qərarlaşıb. Rusiya 56-cı, Tacikistan isə 0,85 litrlə 156-cı yerdədir. Ümumiyyətlə, spirtli içki qəbul etməyən ölkələr isə aşağıdakı ölkələrdir - Somali, Səudiyyə Ərəbistanı, Mavritaniya, Küveyt və Banqladeş (report).