Cənubi Afrikaya 11 ildən sonra ilk qar yağdı

 22:02 11.07.2023     279

Cənubi Afrikanın ən böyük şəhəri olan Yohannesburqa qar yağıb.

Redaktor.az BBC agentliyinə istinadən xəbər verir ki, şəhər sakinləri səhər yuxudan oyananda qar yağdığını görüb heyrətləniblər.

İyul ayı cənub yarımkürəsində qış ayı olsa da, burada sonuncu dəfə qar 2012-ci ildə, yəni 11 il bundan əvvəl yağıb.

Mütəxəssislər bu hadisəni son vaxtlar dünyada baş verən iqlim dəyişiklikləri ilə əlaqələndirirlər.

Cənubi Afrika Meteoroloji Xidmət İdarəsi sakinlərə isti geyinməyi tövsiyə edib. Sinoptiklər qarın bir həftə davam edəcəyini proqnozlaşdırırlar.