ABŞ Kolumbun Amerikanın kəşfi ilə bağlı məktubunun nadir nüsxəsini İtaliyaya qaytardı

 16:59 20.07.2023     313

ABŞ dənizçi Kristofer Kolumbun (1451-1506) Amerikanın kəşfi haqqında Araqon kralı II Ferdinand (1452-1516) və Kastiliya kraliçası I İzabellaya (1451-1504) ünvanlanmış məktubunun ilk çap nüsxələrindən birini İtaliyaya qaytarıb.

Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı CNN məlumat yayıb.

"Bu, onilliklər ərzində oğurlanmış məktubun dördüncü orijinal nəşridir və biz onu geri aldığımız üçün çox şadıq" - ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) direktorunun müavini Patrick Lechleitner deyib.

Bildirilib ki, artefakt 1980-ci illərdə Venesiyanın Markiana Milli Kitabxanasından oğurlanıb. ABŞ-ın Delaver əyalətinin prokurorluğu və ICE onu 2020-ci ildə şəxsi kolleksiyalardan birində aşkar edib. 

Ekspertlərin fikrincə, artefaktın dəyəri 1,3 milyon dollardan çoxdur.

Turan İSMAYIL

 

2