“Barbi” filmi açılış həftəsonunda rekord gəlir əldə etdi

 09:26 24.07.2023     361

İyulun 21-də premyerası olan “Barbi” filmi həftəsonu ABŞ-də 155 milyon dollar gəlir əldə edib,

Redaktor.az "Variety"yə istinadən xəbər verir ki, bu barədə “Warner Bros” kinostudiyasının daxili distribusiya şöbəsinin rəhbəri Ceff Qoldşteyn bildirib.

“Biz ilk həftəsonu 75 milyon dollar qazanacağımızı düşünürdük. Heç kim 155 milyon dollar gözləmirdi”, - o qeyd edib.

Beləliklə, “Barbi” filmi apreldə ilk həftəsonunda, "Bloomberg"in məlumatına görə, 146,4 milyon dollar qazanmış “Super Mario Qardaşları Filmi” lentini geridə qoyaraq ilin ən çox gəlir gətirən debütü olub.

Rejissor Qreta Gerviqin çəkdiyi “Barbi” iyulun 21-də bütün dünyada nümayiş etdirilib. Filmdə Margo Robbi, Rayan Qoslinq, Helen Mirren və Dua Lipa rol alıb. Filmin süjetinə görə, baş qəhrəman mükəmməlsizliyinə və gözəllik qanunlarına uyğun gəlmədiyinə görə Barbilenddən qovulacaq, bundan sonra Barbi adi insanların dünyasında yaşamağı öyrənməli olacaq.

Rejissor Kristofer Nolanın çəkdiyi və “nüvə bombasının atası” adlandırılan amerikalı fizik Robert Oppenhaymerin həyatından bəhs edən “Oppenhaymer” həftəsonu ən çox gəlir əldə edən ikinci film olub. Bu film 80,5 milyon dollar gəlir əldə edib.