Zooparkdan qaçan 2 şimpanze öldürüldü

 14:37 25.07.2023     306

Kolumbiyanın Pereyra şəhərindəki Ukumari Biopark zooparkından qaçan Panço və Çita adlı iki şimpanzenin öldürüldüyü bildirilib.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, axtarışlardan sonra Panço və Çitanın bir polis və bir əsgər tərəfindən öldürüldüyü məlum olub.

Qeyd olunub ki, Zoopark iyulun 31-dək bağlı qalacaq.

Humay İSGƏNDƏRLİ