Pandemiya Almaniyada gözlənilən ömür müddətini qısaldıb

 16:20 25.07.2023     390

Koronavirus (COVİD-19) pandemiyası Almaniyada gözlənilən ömür müddətini yeddi aydan çox qısaldıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Visbaden Federal Statistika İdarəsi məlumat yayıb.

2022-ci ildə orta ömür uzunluğu qadınlar üçün 82,9 yaş, kişilər üçün 78,2 il təşkil edib. Bu, 2019-cu illə müqayisədə 0,6 il və ya təxminən 7,2 ay azdır.

2020-ci ildən 2022-ci ilə qədər Almaniyada "Robert Koch" İnstitutunun məlumatına görə, COVID-19 diaqnozu qoyulmuş təxminən 164 min insan ölüb. Ən çox ölüm 80 yaş qrupunda qeydə alınıb.

Turan İSMAYIL