Kondisionerdən yanlış istifadə təhlükə yaradır

 14:51 28.07.2023     393

Kondisionerdən düzgün istifadə edilmədikdə səhhətimizdə müəyyən problemlər yarana bilər.

Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, bunu türkiyəli həkim-mütəxəssis Emin Gemcioğlu söyləyib.

Həkim söyləyib ki, kondisionerdən düzgün istifadə etməmə baş ağrısı, boyun ağrısı, əzələ və oynaq ağrılarına səbəb olur.

"Düzgün istifadə olmadıqda yüksək hərarətə də səbəb olur. Xüsusən də mühitdə ani temperatur dəyişikliyi əsas zərərlərdən biridir. Yəni ətrafdakı temperaturun sürətlə aşağı düşməsi və kondisionerin bədənə birbaşa hava axını vurması nəticəsində əzələlərdə ağrı əmələ gəlir. Bundan başqa kondisionerlərdən düzgün istifadə edilmədiyi üçün ətrafdakı rütubətin miqdarı da azalır. Rütubətin miqdarı azaldıqda yuxarı tənəffüs yollarımızda quruluq əmələ gəlir və infeksiyalanmaya meyl yaranır", - deyə o, qeyd edib.

Humay İSGƏNDƏRLİ