Yuxuya kömək edə biləcək qidalar və içkilər

 09:46 03.08.2023     524

Rusiyanın laboratoriya ekspertlərindən biri Elena Qorina bəzi qidaların yuxuya getmə sürətinə və yuxunun keyfiyyətinə təsir edəcəyini açıqlayıb.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, ekspert banan və süd kimi qidaların yuxuya getməyə müsbət təsir etdiyini söyləyib.

“Bu qidalar yuxu hormonu melatoninin sintez olunduğu amin turşusu olan triptofanla zəngindir. Bədənə sakitləşdirici təsir göstərir və yuxunun keyfiyyətini yaxşılaşdırır. Çobanyastığı çayının tərkibində antioksidant apigenin var ki, bu da asanlıqla yuxuya getməyə və daha yaxşı yatmağa kömək edir",-deyə Elena Qorina açıqlamasında bildirib.

Humay İSGƏNDƏRLİ