"Sinə kiçiltmə və qaldırma ən təhlükəli əməliyyatdır" - Plastik cərrah

 17:45 03.08.2023     467

Bu gün tibbin səviyyəsi plastik cərrahiyyə zamanı riskləri minimuma endirsə də, bəzi risklər hələ də mövcuddur. 

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, rusiyalı plastik cərrah İlya Şarov ən təhlükəli 3 plastik əməliyyatın adını açıqlayıb.

Plasik cərrah ilk ən təhlükəli əməliyyatın liposaksiya olduğunu söyləyib:

"İkinci risk faktoru döş kiçiltmə və qaldırma əməliyyatıdır. Üçüncü yeri isə rinoplastika əməliyyatı tutur. Özünüzü qorumaq üçün peşəkarlarla məsləhətləşmək və yalnız sübut edilmiş klinikaları seçmək lazımdır".

Humay İSGƏNDƏRLİ