Soyuq yemək yeməyin FƏSADLARI

 10:41 04.08.2023     505

Soyuq yemək ürək-damar sistemi üçün təhlükədir.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bununla bağlı rusiyalı qastroenteroloq və dietoloq İrina Berejnaya açıqlama verib. 

Həkim soyuq yeməyin zərərləri haqqında danışıb.

O söyləyib ki, normal həzm prosesi yalnız müəyyən temperaturda mümkündür:

"Çox aşağı temperaturda fermentlər aktivləşmir. Soyuq mühitdə yağlar zəif emal olunur və bu, sonradan bağırsaq probleminə səbəb olur. Soyuq yemək və içkilər ürək-damar sistemi üçün təhlükə yaradır".

Humay İSGƏNDƏRLİ