Ağrıkəsicilərdən tez-tez istifadənin riskləri açıqlandı

 10:13 07.08.2023     304

Ağrıkəsicilərdən tez-tez istifadə etmək infarkt və insult riskini artırır.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bununla bağlı rusiyalı baş həkim Maksim Maskin açıqlama verib.

Həkim söyləyib ki, dərmanların tez-tez istifadəsi mədənin selikli qişasını zədələyir.

"Dərmanlar qan damarlarının fəaliyyətinə də təsir edir, həmçinin ürək-damar xəstəliklərinin - infarktın daha da inkişaf etdirilməsi ehtimalını artırır. Yanlış istifadə insult riskini də artırır, mədə xorasına gətirib çıxardığı da qeydə alınıb", - deyə o, bildirib.

Humay İSGƏNDƏRLİ