Dünyada kakaonun qiyməti bahalaşdığı üçün şokoladların ölçüsü kiçildilə bilər

 10:50 07.08.2023     358

Şokoladın əsas komponenti olan kakaonun qiyməti son 12 ilin ən yüksək səviyyəsinə qalxıb.

Redaktor.az "İndependent Türkçe"yə istinadən xəbər verir ki, kakaonun qiymətinin qalxamsı dünyada şokoladın qiymətinin artmasına gətirib çıxaracağı ehtimal olunur.

Mütəxəssislər bu qənaətdədirlər ki, qiymətlər qlobal kakao təchizatındakı problemlər və kakao ehtiyatlarının aşağı olması səbəbindən bahalaşıb. Kakao istehsalının üçdə ikisini təşkil edən Qərbi Afrikada güclü yağışlar səbəbindən məhsul yığımı az olub. Kakao ehtiyatının da qorunması üçün bundan sonra şokoladların ölçüsünün kiçildilməsi nəzərdə tutulub.

Humay İSGƏNDƏRLİ