“Barbi” filmi yenidən rekord gəlir əldə edib

 11:57 07.08.2023     416

Rejissoru Qreta Qerviq olan məşhur “Barbi” filmi 17 gündə bir milyard dollar gəlirlə rekord nəticə əldə edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, cari il iyulun 21-də kütləvi nümayişə buraxılan ekran əsəri ABŞ və Kanadada 459, dünya nümayişindən isə 572 milyon dollar gəlir əldə edərək ardıcıl olaraq üç həftə ərzində 1 milyard dollardan çox gəlirlə birinci yerdədir.

Qeyd edək ki, bu göstərici kinematoqrafiya sahəsində qadın rejissorun tək çəkdiyi film üzrə ilk rekord nəticə hesab olunur. Bundan əvvəl qadın rejissorlar arasında müştərək çəkilən bir milyard dollar gəlirlə digər üç ekran əsəri - Cennifer Li və Kris Bakın “Soyuq ürək” (1,3 milyard dollar), “Soyuq ürək 2” (1,45 milyard dollar), həmçinin Anna Boden və Rayan Flekin “Kapitan Marvel” (1 milyard dollar) yer alıb.