Asteroid Yerə yaxınlaşır - NASA xəbərdarlıq ETDİ

 22:01 08.08.2023     559

Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) potensial təhlükəli asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq edib. 

Redaktor.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzinin saytında məlumat verilib.

Portalın məlumatına görə, obyektin Yerə yaxınlaşması avqustun 23-də baş verəcək. Bu gün asteroid planetdən təxminən altı milyon kilometr məsafədə uçacaq. Onun diametri, mərkəzdə göstərildiyi kimi, 430 metrdən 960 metrə qədər, sürəti isə saniyədə 14,25 kilometrdir.

Proqnozlara görə, planetlə göy cismi arasında minimum məsafə demək olar ki, 6,1 milyon kilometr olacaq.

Yusif  EYVAZLI