Dünyanın ən təhlükəli və təhlükəsiz şəhəri hansıdır? - Siyahı

 00:33 11.08.2023     393

Cinayətkarlıq səviyyəsi, evlərin yarılması, oğurluq və ya hücum qorxusu nəzərə alınaraq “Numbeo” Tədqiqat İnstitutu maraqlı araşdırma edib. 

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, onların reytinqinə əsasən, dünyanın ən təhlükəli və təhlükəsiz şəhərləri məlum olub. 

İnstitutun hesablamalarına görə, Birləşmiş Ərəb Əmirliklərindəki Əbu-Dabi və Əcman şəhərləri dünyada ən təhlükəsiz şəhərlərdir.

Dünyada ən təhlükəli şəhər isə Venesuelanın paytaxtı Karakas, sonrakı yerlərdə Pretoriya (CAR), Port-Morsbi (Papua-Yeni Qvineya) və Durbandır (CAR).