İlan kirpini udmağa ÇALIŞDI

 21:43 14.08.2023     412

İsraildə ilan kirpi udmağa cəhd edib. 

Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

İsrail Təbiət və Parklar İdarəsinin sürünənlər üzrə mütəxəssisi Aviad Barın dediyinə görə, ilan zəhərsiz növə aid olub.

"İlan ovunu yarıya qədər udmağı bacarıb, sonra onu çıxarmağa çalışıb, lakin kirpinin tükləri bir istiqamətə yönəldiyi üçün bacara bilməyib. Bu, hər iki heyvanın ölümü ilə nəticələnib", - deyə mütəxəssis qeyd edib.

Yusif EYVAZLI