Səkkiz il ayaqyalın gəzən britaniya sakini bu addımının səbəbini açıqladı

 21:05 16.08.2023     765

8 ildir ki, ayaqyalın gəzən Ben Donneli "Ayaqyalın Ben" ləqəbi ilə tanınır.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, 39 yaşlı musiqiçi Ben Donnelli universitetdə oxuyarkən tez-tez ayaqyalın gəzməyə başladığını deyib.

O bildirib ki, 31 yaşında isə ayaqqabı geyinməkdən tamamilə imtina edib.

"O vaxtdan bəri, bütün Britaniyanı ayaqyalın gəzmişəm. Ayaqqabıdan imtina etdikdən sonra ayaqlarımda əzələlər güclənib. Artıq oynaq ağrıları hiss etmirəm və ayaqlarım heç vaxt tərləmir", - Donneli deyib.

Humay İSGƏNDƏRLİ