Kofe arıqlamağa kömək edir?

 20:52 17.08.2023     449

Kofe içmək arıqlamağa ciddi təsir göstərmir. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu sözləri diyetoloq Yevgeni Arzamastsev "Moskva 24" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, kofe bağırsaq hərəkətliliyini yaxşılaşdırır, lakin bu təsir o qədər kiçikdir ki, arıqlamağa kömək etmir. 

"Kofe içdikdən sonra tərəzidəki rəqəmlər bir qədər azalırsa, bu, suyun bədəndən çıxarılmasını göstərir. Kofe sadəcə insandan su çıxarır",- deyə Arzamastsev vurğulayıb.

Yusif EYVAZLI