Google hesabınızı bütün məlumatlarla birlikdə silə BİLƏR

 21:05 17.08.2023     317

Google istifadəçilərinə dekabrın 1-dək hesablarını silə biləcəyini xatırladıb.

Redaktor.az "Unian"a istinadən xəbər verir ki, bu barədə şirkət ilk dəfə may ayında xəbərdarlıq edib. Qaydalara görə, hesab iki ildən uzun müddət qeyri-aktivdirsə korporasiya istifadəçi məlumatlarını saxlaya bilməz. Xatırlatma e-poçtları uzun müddət istifadə olunmayan hesablara göndərilir.

Hesabın silinməsi Drive, YouTube və Google Fotoda toplanan bütün məlumatlara təsir edəcək.

Yusif EYVAZLI