Türkiyə alimləri kosmosda bitki yetişdirəcək

 14:05 18.08.2023     487

Türkiyənin ilk insanlı kosmos missiyası zamanı həyata keçiriləcək layihədə kosmos mühitindəki bitkilərə genetik müdaxilə ediləcək və bu müdaxilənin effektivliyi müşahidə ediləcək.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə reallaşdırılacaq kosmos səyahətində universitetlər və tədqiqat qurumları tərəfindən hazırlanan 13 fərqli təcrübə həyata keçiriləcək.

Müəyyən edilən təcrübələrdən biri də "Mikroqravitasiya Altında Bitkilərdə CRISPR Gen Redaktə Effektivliyinin Araşdırılması" adlı araşdırma olacaq.

Məqsəd molekulyar biologiyanın müasir gen redaktə üsullarından biri olan CRISPR texnikasının mikroqravitasiya mühitində bitkilər üzərində effektivliyinin tədqiqini yoxlamaq, gen transferi və genetik müdaxilənin kosmosda həyata keçirilə biləcəyini yoxlamaqdır.

Humay İSGƏNDƏRLİ