ABŞ-da bir dollara ev satışa ÇIXARILDI

 22:09 18.08.2023     414

ABŞ-da bir dollara ev satışa çıxarılıb. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, Miçiqan ştatınıda daşınmaz əmlak bazarında qeyri-adi təklif yaranıb.

Satış elanında obyekt “dünyanın ən ucuz evi” adlandırılır. Obyekt yaşayış üçün yararsız haldadır. Üzlük və dam bərbad vəziyyətdədir. Bəzi otaqlarda divar kağızı və suvaq yoxdur. 

Ev 1956-cı ildə tikilib, sahəsi təqribən 67 kvadratmetrdir. İçəridə iki yataq otağı və bir vanna otağı var.

Yusif EYVAZLI