Psixoloq tənbəlliyə qalib gəlməyin yollarını AÇIQLADI

 19:35 22.08.2023     539

Tənbəl olduğunuz üçün özünüzü danlamağa dəyməz, ancaq bu vəziyyətdən çıxmağın yollarını tapa bilərsiniz.

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə Moskvanın əhaliyə psixoloji yardım xidmətinin mütəxəssisi Ekaterina İqonina "Axşam Moskva"ya müsahibəsində deyib.

İqoninanın fikrincə, tənbəlliyə sağlamlıq problemləri, pis həyat tərzi və psixoloji çətinliklər səbəb ola bilər. 

"Çətin tapşırığı yerinə yetirmək lazımdırsa istirahətə vaxt ayırmaq özünüzü işə həvəsləndirməyə kömək edəcək",- deyə psixoloq bildirib.

Bundan əlavə, o, əlavə etdi ki, işə olan diqqəti qorumaq lazımdır. 

"İşdən əvvəl masanızda oturun, kürəyinizi düzəldin, tapşırıqlara diqqət yetirin və diqqəti yayındıran şeyləri aradan qaldırın", - deyə İqonina vurğulayıb.

Yusif EYVAZLI