Stilist payız üçün ən dəbli geyimləri açıqladı

 17:38 23.08.2023     568

Dəri geyimlər 2023-cü ilin payızında aktual olacaq.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, rusiyalı stilist Natalya Osinovskaya 2023-cü ilin payızı üçün ən dəbli geyimləri sadalayıb.

Stilistin fikrincə, qarşıdan gələn mövsümdə dəri əşyalar, cins paltarlar və yarıqlı ətəklər aktual olacaq:

"Böyük ölçülü şalvarla və kostyumlara payızda üstünlük veriləcək. Dəbli üst geyimlər siyahısına maksimum uzunluqlu palto əlavə olunacaq. Rəng baxımından qara, qırmızı və bej rəng dəb olacaq. Fərqlənməyi sevənlər  rəngli taytlar geyinə bilərlər".

Humay İSGƏNDƏRLİ