100 yaşlı qadın uzunömürlü olmağın sirlərini AÇIQLADI

 22:22 23.08.2023     457

100 yaşlı Britaniyalı Auqusta Folkner uzun ömrün sadə sirlərini açıb. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə "Southend Echo" məlumat yayıb.

Qadın İngiltərənin Devon qraflıqlarında böyüyüb və İkinci Dünya Müharibəsi zamanı kənd təsərrüfatı ilə məşğul olub.

Qadın uzunömürlülüyünün əsas sirrininin fiziki iş olduğunu deyib. 

“Anam deyirdi ki, ya işləyərsən, ya da ac qalarsan!”, - deyə o vurğulayıb. 

Uzunömürlü qadının oğlu qeyd edib ki, Folkner yaşının çox olmasına, eşitmə və görmə problemlərinə baxmayaraq şən və aktivdir.

O, anasının heç vaxt fast food və hind mətbəxi yemədiyini də xatırladıb.

Yusif EYVAZLI