Britaniyalı kişi bu içkidən imtina edərək 111 kiloqram arıqladı

 10:53 24.08.2023     373

Böyük Britaniya sakini "CocaCola"dan imtina edərək 111 kiloqram arıqlayıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, Britaniyanın Yorkşir əyalətinin Lids şəhərinin sakini sevimli içkisini ataraq və çox gəzərək istədiyi çəkiyə sahib olub. 

Belə ki, 48 yaşlı Bryn Penrose 192 kiloqram imiş. Gündə 6 butulka "CocCola" içən kişiyə həkimlər tərəfindən ciddi xəbrdarlıq edilib, bu gedişlə ölümlə nəticələnə biləcək infarkt və insult təhlükəsi olduğunu bildiriblər.

Sağlamlığını bərpa etmək və çətin psixoloji vəziyyətin öhdəsindən gəlmək üçün Penrose yemək vərdişlərini bərpa etmək qərarına gəlib. Beləliklə aktiv həyat tərzi və düzgün qidalanma sayəsində o, 111 kiloqram artıq çəkidən qurtula bilib.

Humay İSGƏNDƏRLİ