Həkim pivənin icazə verilən gündəlik dozasını AÇIQLADI

 21:25 24.08.2023     396

Bir şüşə pivənin müntəzəm istifadəsi qaraciyər xəstəliyinə səbəb ola bilər. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu sözləri Cərrah Alexander Umnov "Life"a müsahibəsində deyib.

Həkim qeyd edib ki, çoxları səhvən pivəni təhlükəsiz hesab edir və onu məhdudiyyətsiz içirlər. Nəticədə bəzi insanlarda 30 yaşına qədər içkidən sabit psixoloji və fiziki asılılıq, həmçinin sağlamlıq problemləri yaranır. 

"Kişilər və qadınlar üçün dozalar fərqlidir. Kişilər üçün bu, gündə 800 millitr hesab edilir. Qadınlar üçün bu dəyərlər iki dəfə aşağıdır", - deyə o bildirib.

Yusif EYVAZLI