Hindistan Ayda kəşfiyyat apardı

 02:04 04.09.2023     461

Hindistan Ayda kəşfiyyat missiyasını başa vurub və Pragyan roverini yuxu rejiminə keçirib.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) nəşri məlumat dərc edib.

Qeyd edilir ki, qurğu Ayın səthində 100 metrdən çox məsafə qət edərək kükürd, dəmir, oksigen və digər elementlərin olduğunu təsdiqləyir. Ay roveri yuxu rejiminə salınıb, lakin qəbuledici hələ də onun üzərində işləyir və doldurulmuş batareyalar var.

"Tapşırıqlar üçün uğurlu oyanışa ümid edirik! Əks halda o, Hindistanın Ay səfiri kimi orada əbədi olaraq qalacaq", - ISRO yazıb.

Qeyd edək ki, iyulun 14-də Hindistan “Çandrayaan-3” Ay missiyasını işə salıb. Üç həftə sonra kosmik aparat ay dairəsi orbitinə çıxıb və avqustun 23-də zond Yerin peykinin səthinə uğurla enib.

Bu uğurların fonunda Hindistan da sentyabrın 2-də baş tutan Günəşə ilk missiyasının başladığını elan edib. Təxminən 4 aydan sonra kosmik gəmi Yerlə Günəş arasındakı xəttdə, planetimizdən 1,5 milyon kilometr aralıda olmalıdır.

Turan İSMAYIL