Əməliyyat zamanı qarnında alət unuduldu, 1,5 il sonra tapıldı

 17:45 05.09.2023     343

Orqanlara asan girişi təmin edən cərrahi alət olan "retraktor" Yeni Zelandiyadakı Oklend xəstəxanasında əməliyyat olunan qadının qarın nahiyəsində unudulub.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, 1 il yarım əvvəl uşaq dünyaya gətirən qadın kəskin qarın ağrısı ilə xəstəxanaya müraciət edib.

Qarın hissəsinin tomoqrafiyası çəkildikdən sonra qadının qarnında "retraktor" olduğu məlum olub. O dərhal əməliyyat olunub, alət qarnından çıxarılıb.

Qeyd olunub ki, bu həmin xəstəxanda baş vermiş 2-ci hadisədir.

Humay İSGƏNDƏRLİ