Prezidentliyə namizəd uşağı olanlara it hədiyyə edəcək
Tayvanda prezidentliyə namizədliyini açıqlayan milyarder Terri Qou cütlüklərə pulsuz ev heyvanları təklif edərək ölkədə azalan doğum nisbətini artırmağı hədəfləyir.
Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, Terri Qou Tayvanda azalan doğum nisbətinin valideynlərə pişik və ya it verməklə həll oluna biləcəyini söyləyib.
Tayvan dünyada ən aşağı doğum nisbətinə malik ölkələrdən biridir. Ölkədə ev heyvanlarına sahiblik artmaqdadır və bir çox cütlüyün uşaqları əvəzinə heyvanları seçdiyinə dair məlumatlar var.
Bu səbəbdən də Terri Qou övladı olana ev heyvanı hədiyyə etməyin yaxşı bir üsul olduğunu vurğulayıb.
Humay İSGƏNDƏRLİ