Fermer 591 kiloqramlıq balqabaq YETİŞDİRDİ

 22:58 07.09.2023     416

Moskva vilayətindən olan fermer Andrey Qusev Rusiyada ən böyük balqabağı yetişdirib. 

Redaktor.az "izvestya"ya istinadla xəbər verir ki, bu barədə regional hökumətin mətbuat xidməti məlumat yayıb.

O, nəhəng balqabağı Stavropol diyarında keçirilən “Agrobattle 2023” bostan festivalında təqdim edib. 

Bu, "Atlantik nəhəngi" sortunun balqabağının çəkisi 591 kq, ətrafı 4,7 m olub. Beləliklə, fermer Rusiyanın 35 kənd təsərrüfatı idmançısını məğlub edə bilib.

Yusif EYVAZLI