"WhatsApp" yeni funksiyasını işə SALDI

 20:22 13.09.2023     370

"WhatsApp"da kanal funksiyası istifadəyə verilib.

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə şirkət rəsmi bloqunda məlumat yayıb.

“Biz 150-dən çox ölkədə kanallar funksiyasını işə salırıq ki, istifadəçilərimiz onlar üçün maraqlı olan yenilikləri özəl olaraq ala bilsinlər”, – yazıda deyilir.

“WhatsApp” həmçinin əmin edib ki, kanal yaratmaq imkanı yaxın aylarda hər bir istifadəçi üçün əlçatan olacaq.

Yusif EYVAZLI