2023-cü ilin payızı üçün ən dəbli geyim açıqlandı

 10:35 18.09.2023     335

Məşhur stilist və teleaparıcı Vladislav Lisovets 2023-cü ilin payızı üçün ən dəbli geyimi açıqlayıb.

Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir ki, stilistin sözlərinə əsasən, bu ilin ən dəbli parçası damalı parçalar olacaq.

“Böyük damalı parçalar bu mövsüm dəbdə olacaq. O, həmişə görünüşə yüngüllük qatır”,- deyə Vladislav Lisovets bildirib.

Humay İSGƏNDƏRLİ