Qonşunun tısbağasını oğurlayıb şorba bişirdi

 10:25 19.09.2023     282

Ukraynanın Odessa vilayətinin sakini qonşusundan qırmızıqulaqlı tısbağa oğurlayıb və ondan şorba hazırlayaraq yeyib.

Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir ki, yerli sakin qonşusunun hamamda saxladığı iki qırmızıqulaqlı tısbağadan birini oğurlayıb. 

O, tısbağanın qabığını çəkiclə parçalayıb, sürünəndən şorba bişirib və yeyib.

Hazırda həmin şəxsə qarşı heyvanlara qarşı amansızlıq və özgənin əmlakını oğurlamaq maddələri ilə cinayət işi açılıb. Onu 4 ildən səkkiz ilə qədər həbs gözləyir.

Humay İSGƏNDƏRLİ