Diş stikerləri yeni trendə çevriləcək

 21:28 19.09.2023     294

Dişlər üzərində döymələri təqlid edən stikerlər 2023-cü ildə geniş populyarlıq qazanacaq.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, hazırda dişlərin aksesuarlarla bəzədilməsi tendensiyası artmaqdadır.

Populyarlığı nəzərə alan avstraliyalı iş adamları Nik Mirkoviç və Aleks Tomiç öz brendlərini açmağa qərar veriblər. Onlar çoxrəngli diş stikerləri istehsal edəcək.

Humay İSGƏNDƏRLİ