Tənbəllikdən qurtulmanın YOLLARI

 20:39 25.09.2023     291

Tənbəlliklə mübarizə aparmaq üçün "iki dəqiqəlik qaydaya" əməl etməlisiniz.

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə psixoloq Sergey Rozanov danışıb.

Psixoloq deyir ki, tənbəlliyin bir çox səbəbi ola bilər. 

"Qorxuducu miqdarda iş tənbəlliyə səbəb olur. Qeyri-müəyyən iş planıda işləri sonraya qoymaq istəyi ilə nəticələnə bilər", - psixoloq söyləyib.

Psixoloq məsləhət görür ki, ilk növbədə fəaliyyətin nəticəsini və ondan əldə edilən faydaları vizuallaşdırmaq lazımdır. Bunlar işə başlamaq üçün stimul ola bilər.

"İşi hissələrə bölün və ən sadədən başlayın. Hər bir elementi tamamladıqdan sonra özünüzü istirahətlə mükafatlandırın", o bildirib.

Psixoloq "iki dəqiqə qaydası"ndan da danışıb. 

"iki dəqiqədən az müddətdə edilə bilən işi sonraya qoymayın", deyə Sergey Rozanov vurğulayıb.

Yusif EYVAZLI