İngiltərə kraliçasının uzun ömürlük sirri bu imiş

 01:41 27.09.2023     400

Ən uzunömürlü kraliça II Yelizavetanın uzunömürlük sirri çoxları üçün maraqlıdır.

Redaktor.az bildirir ki, kraliçanın şəxsi aşpazı Darren Makqreydi 96 yaşa qədər yaşamasının səbəbini açıqlayıb.

"Onun əsas sirri balanslaşdırılmış qidalanma idi. O mövsümündə çoxlu tərəvəz, meyvə, orqanik ərzaqlar yeyər və əla keyfiyyətli çay içərdi.
Çayı əsasən günortadan sonra içərdi. Çaydan sonra o losos və xiyardan sendviç yeyir, arada şokoladlı biskvitdən imtina etməzdi.

II Yelizaveta şokolad, alman çaxırı və Cin kokteylini sevərdi. O həmçinin itlərini özü gəzdirər, at sürərdi.