Həkim daha yaradıcı olmağın asan yolunu AÇIQLADI

 20:14 26.09.2023     378

Gün ərzində qısa bir yuxu beynin dincəlməsinə və enerji səviyyəsini bərpa etməyə imkan verir. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu sözləri terapevt Olesya Savelyeva söyləyib.

Yuxunun olmaması tez-tez konsentrasiyanın, yaddaşın və öyrənmə qabiliyyətinin zəifləməsinə səbəb olur.

Onun fikrincə, gün ərzində qısa bir yuxu vəziyyəti düzəldə bilər.

"Bu, gün ərzində alınan xatirələrin daha yaxşı möhkəmlənməsinə kömək edir, informasiyanın mənimsənilməsini və yaradıcılığı təşviq edən assosiativ düşüncə qabiliyyətini artırır", - terapevt vurğulayıb.

Onun sözlərinə görə, gün ərzində qısa bir yuxu beynin bərpasına imkan verir. Bu da öz növbəsində yeni ideyalar yaratmaq üçün beyin fəaliyyətini artırır.

Yusif EYVAZLI