Uğursuzluq qorxusunu aradan qaldırmağın YOLLARI

 21:22 26.09.2023     334

Uğursuzluq qorxusu üzündən insan xoşbəxt olmaq üçün minlərlə imkanını itirir. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu sözləri psixoloq Mixail Səidov deyib.

Səidovun sözlərinə görə, uğursuzluq qorxusu bir neçə bacarığı gizlədə bilər.

Psixoloq deyir ki, qorxu işə başlamazdan əvvəl uğursuzluğa gətirib çıxarır. 

"İnsanlar çox vaxt yeni bir iş görəndə dərhal yaxşı nəticə əldə etməli olduqlarına inanırlar. Çox vaxt bu baş vermir və növbəti dəfə nəyisə boynuna götürməkdən qorxurlar. Nəticədə milyonlarla fürsəti əldən verirlər".

Səidov əmin edir ki, qorxudan qurtulmaq üçün onu sakit, balanslaşdırılmış vəziyyətdə dərk etmək və reaksiya verməmək lazımdır. 

"Həmçinin, istirahət texnikalarını öyrənmək lazımdır. Onlardan ən sadəsi “5-4-3-2-1 texnikası”dır".

Psixoloqun fikrincə, beyin hər hansı bir problemin öhdəsindən gəlmək mümkün olduğunu biləndə panikadan əl çəkəcək. 

Yusif EYVAZLI