Şotlandiyada "Şrek"in daxması icarəyə verilir

 22:56 26.09.2023     313

Şotlandiyada "Şrek" üslubunda olan div evinin icarəsi təklif edilib. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, müvafiq elan daşınmaz əmlak icarəsi xidmətinin saytında yer alıb.

Qeyri-adi ev təpələrin arasında yerləşir. Onun dəqiq yeri məlum deyil. Daxmanın yaxınlığında bataqlıq və cizgi filmində görünə bilən “Diqqət!” işarəsi var.

Şrekin evi kötük formasında hazırlanıb. Daxmada bir çox əşyalar ağacdan hazırlanıb. Evdə yataq otağı və qonaq otağı var. Hamamın əsas yaşayış yerindən 20 metr aralıda ayrıca otaqda yerləşdiyi barədə xəbərdarlıq edilib.

Yusif EYVAZLI