İngiltərədə məşhur "Robin Qud" ağacı kəsilib

 19:05 28.09.2023     319

Sentyabrın 28-nə keçən gecə naməlum şəxslər Böyük Britaniyanın Northumberland Milli Parkında məşhur “Robin Qud ağacını” kəsiblər.

Redaktor.az "Komsomolskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə parkın saytında bildirilir.

“Northumberland Milli Parkı təsdiq edə bilər ki, təəssüf ki, görkəmli bir ağac gecə vaxtı yıxılıb. Onun qəsdən kəsildiyinə inanmağa əsasımız var” - açıqlamada deyilir.

Qeyd olunur ki, Böyük Britaniyanın ən məşhur və fotoşəkili çəkilmiş ağaclardan biri bir neçə yüz ildir ki, dayanıb. Ağac 1991-ci ildə "Robin Qud: Oğrular Şahzadəsi" filminin nümayişindən sonra geniş şəkildə tanınıb.

Britaniya polisi artıq istintaqa başladığını elan edib və hadisəni “qəsdən törədilmiş vandalizm aktı” kimi qiymətləndirib.

Turan İSMAYIL