İlon Maskın atası oğlunun sevgilisini DƏLİ adlandırdı

 16:57 03.10.2023     389

İlon Maskın atası oğlunun sevgilisini dəli adlandırıb.

Redaktor.az Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə o, "Daily Mail"ə müsahibəsində danışıb.

Errol Mask aktrisa Ember Herdin oğlu üçün mükəmməl seçim olduğunu inanır. 

"İlon Conni Deppdən boşanmadan çox əvvəl ona aşiq olub"- deyə Errol Mask deyib.

Onun sözlərinə görə, bir neçə ay davam edən münasibətlər sonlananda oğlu dərin depressiyaya düşüb. 

Milyarderin Ember Herddən ayrıldıqdan sonra gförüşdüyü müğənni Qraymsdan atası razı deyil. O, onların övladları üçün seçdikləri qəribə adları da bəyənmir. 

İlon Maskın həyatında hazırda kimsə yoxdur. "O, ağıllı və gözəl qadınları sevir" - deyə atası bildirib.

Bildirək ki, İlon Maskın 3 fərqli qadından 10 övladı var. Onun birinci həyat yoldaşı yazıçı Justin Wilson, ikinci həyat yoldaşı müğənni Qrayms və üçüncüsü Şivon Zillisdir. 

Aidə Ramizqızı