Valideynləri oğul, yoxsa qız qocaldır?
Bu yaxınlarda aparılan bir araşdırma, oğul böyütməyin beyin yaşını sürətləndirdiyini göstərib. Bir oğlan anasından valideynliyin necə olduğunu soruşsanız, o, yəqin ki, bunun çox çətin olduğunu deyəcək.
Redaktor.az xəbər verir ki, araşdırmada yaşı 50-dən yuxarı olan 13 mindən çox valideyn müşahidə olunub. Ən azı bir oğlu olan valideynlərin zehni olaraq daha sürətli qocaldığı məlum olub. Birdən çox oğlu olanlar, yalnız qızları olanlardan daha tez idrak qabiliyyətini itirdikləri aşkarlanıb.
Tədqiqat ABŞ və Çexiyadan olan tədqiqatçılar tərəfindən aparılıb. Araşdırma kişi valideynlərin daha tez qocalmasının səbəbini oğlanların qızlara nisbətən ətrafdakılarla daha az maraqlanması ilə əlaqələndirib. Bu, valideynlərinin pis psixi sağlamlığı ilə əlaqəli ola bilər.
Tədqiqat valideynlərin riyaziyyat problemlərini həll etməsi və söz siyahısını oxuması ilə aparılıb. Katrin Volfova, Nyu Yorkdakı Kolumbiya Universitetinin tədqiqatçısı bildirib ki, ən azı bir oğlu olan valideynlər, uşağı olmayan valideynlərlə müqayisədə daha sürətli geriləmə dərəcəsinə sahibdirlər:
"Tədqiqatın nəticəsi göstərir ki, təsirlər bioloji deyil, sosial xarakter daşıyır, çünki analarla yanaşı atalarda da oxşar tendensiyaları müşahidə edirik. Bundan əlavə, qızların oğlanlara nisbətən valideynlərinə daha çox emosional və sosial dəstək verdiyini və valideynlərinin duyğularını daha çox başa düşdüyü iddia edilib. Nəticədə qız övladının sağlamlığa müsbət təsir etdiyini və depressiya riskini azaltdığını düşünürlər. Bu da valideynlərdə demans riskinin azalmasına kömək edə bilər”.(Publika)