Arxeoloqlar Şimali Amerikada ən qədim insan izlərini tapdılar

 23:21 06.10.2023     429

Norveçin "Trondheim" Elm və Texnologiya Universitetinin alimləri ABŞ-ın Nyu-Meksiko ştatındakı "White Sands" Milli Parkında qədim gölün dibində aşkar edilən insan ayaq izlərinin yaşını müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, “Science” elmi jurnalında dərc olunan məqaləyə görə, kəşf Şimali Amerika qitəsində insanın mövcudluğunun ən erkən əlaməti olub.

Mütəxəssislərin qənaətinə görə, Ağ Qumlardakı ayaq izləri 21 min ildən 23 min il əvvəlki dövrə aiddir. Bu, əvvəlki təxminlərdən xeyli əvvəldir, buna görə insanların Şimali Amerikada 14 min ilə 16 min il əvvəl, müasir Çukotka ilə Alyaska arasında Berinq boğazından keçən quru keçidi zamanı meydana çıxıb.

Yeni hesablamalar kvars dənələrinin və qədim iynəyarpaqlardan əldə edilən qalıq tozcuqların analizlərinə əsaslanır. Tədqiqat zamanı alimlər izlərin yerləşdiyi eyni çöküntü təbəqəsindən təxminən 75 min polen hissəciklərini təcrid ediblər.

Tədqiqatçıların fikrincə, tapıntı arxeoloqların müasir insanların əcdadlarının Yeni Dünyaya nə vaxt gəlib çıxması ilə bağlı mövcud fikirlərini alt-üst edir.

Qeyd edək ki, əvvəllər arxeoloqlar Misirdə yaşı 5 min ildən çox olan yüzlərlə şərab qabı aşkar etmişdilər.

Turan İSMAYIL