Mütəxəssis ideal idman məşqçisini tapmağın yollarını AÇIQLADI
Synergy Universitetinin Fitnes sənayesində menecment departamentinin rəhbəri Elena Silina ideal fitnes məşqçisini tapmağın yollarını açıqlayıb.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Mütəxəssis bildirib ki, sizi idmana həvəsləndirə biləcək, məşqdən istədiyiniz nəticəni almağa məcbur edəcək adam seçmək lazımdır.
"Həmçinin mütəxəssisin ali və ya orta ixtisas təhsili olmalıdır, çünki təlimçidən təhsili ilə bağlı sənədləri göstərməsini xahiş etməlisiniz", - o bildirib.
Son olaraq, Silina təlimçiyə kurslar, seminarlar, təlimlər və təkmilləşdirmə kursları keçmək barədə suallar verməyi tövsiyə edib.
Yusif EYVAZLI