Timsah ziyarətçilərin önündə nəhəng pitonu YEDİ
Cənubi Afrikanın Kruger Milli Parkında ac timsah ziyarətçilərin gözü qarşısında pitonu parçalayaraq yeyib.
Redaktor.az xəbər verir ki, bu barədə Latest Sightings məlumat yayıb.
Parkın ziyarətçisi Gail Erasmus sentyabrın ortalarında timsahın nəhəng ilana hücumunun şahidi olduğunu söyləyib.
Onun sözlərinə görə, timsah ilanı parçalamaq üçün onu suya atıb.
“Sonunda timsah böyük dərinliyə getdi, qamışların arxasında yoxa çıxdı və biz onu görmədik. Bu, bizi tamamilə heyran qoyan heyranedici və həqiqətən unikal bir tamaşa idi”, - deyə Erasmus vurğulayıb.
Yusif EYVAZLI