Toqquşan nəhəng planetlərin parıltısı ilk dəfə KƏŞF EDİLDİ
Beynəlxalq astronomlar qrupu ilk dəfə olaraq bir-biri ilə toqquşmuş iki buz kimi nəhəng planetin termal parıltısını aşkar edib.
Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.
İki il ərzində ulduzun dəyişən parlaqlığını izləyən həvəskar və peşəkar astronomlardan ibarət qrup tərəfindən intensiv şəkildə tədqiq edilib. Tədqiqatçılar ilk olaraq infraqırmızıda sistemin parlaqlığının iki dəfə artdığını müşahidə ediblər və üç ildən sonra ulduz görünən işıqda sönməyə başlayıb.
Növbəti bir neçə il ərzində toz buludları orbitdə dağılmağa başlayacaq və buluddan gələn xarakterik işıq həm yerüstü teleskoplar, həm də Ceyms Uebb Kosmik Teleskopu tərəfindən aşkarlanacaq.
Yusif EYVAZLI