“WhatsApp”da yeni funksiya istifadəyə VERİLDİ

 10:14 20.10.2023     335

“WhatsApp” istifadəçiləri eyni vaxtda iki hesabdan istifadə edə bilərlər. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.

“İndi siz eyni anda iki WhatsApp hesabından istifadə edə bilərsiniz. Məsələn, şəxsi və iş. Bu o deməkdir ki, siz hər dəfə hesabınızı dəyişəndə, özünüzlə iki telefon gəzdirəndə və ya səhv hesabdan təsadüfən mesaj göndərməkdən narahat olanda artıq sistemdən çıxmaq məcburiyyətində deyilsiniz”, - xidmət nümayəndələri yeni funksiyanın işə salındığını elan ediblər.

Şirkət əlavə edib ki, ikinci hesab yaratmaq üçün istifadəçilərə başqa telefon nömrəsi və SİM kart lazımdır. İkinci profil yaratmaq üçün parametrlərə keçməli və adın yanındakı oxu klikləməlisiniz və sonra "Hesab əlavə et" seçin.

Humay İSGƏNDƏRLİ