Qışda benzinə qənaət etməyin YOLU
Avtomobilinizi qardan tam təmizləyərək qışda yanacaq sərfiyyatını azalda bilərsiniz.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, mütəxəssislər soyuq mövsümdə sürücülərin benzinə qənaət etmə üsulunu açıqlayıblar.
Onlar qeyd ediblər ki, soyuq havalar başlayandan sonra mühərriki qızdırmaq və qızdırıcını işə salmaq zərurətindən yanacaq sərfiyyatı artır. Bununla belə, avtomobilin çəkisini azaltsanız, aerodinamika yaxşılaşacaq, bunun sayəsində avtomobil daha az yanacaq sərf edəcək.
Bundan əlavə, avtomobilin yükünü azaltmaq üçün bütün lazımsız əşyaları baqajdan çıxarmalısınız. Mütəxəssislər həmçinin vaxtaşırı təkərlərin təzyiqini yoxlamağı və yalnız yüksək keyfiyyətli yanacaq və motor yağı almağı məsləhət görürlər.
Yusif EYVAZLI