Messi "Qızıl top"a gələcək namizədlərin adını AÇIQLADI

 19:51 31.10.2023     405

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi gələcək "Qızıl top"a namizədlərinin adını açıqlayıb. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, onun sözlərini GFFN sitat gətirib.

"Gələcək illərdə onun üçün Haaland, Mbappe və Vinicius kimilər arasında şiddətli rəqabət ola bilər", -  Messi bildirib.

Forvard “Barselona”nın 16 yaşlı yarımmüdafiəçisi Lamin Yamalı da xüsusi qeyd edərək, onun artıq klub üçün önəmli oyunçuya çevrildiyini qeyd edib.

Messi Ronaldo ilə rəqabətindən danışıb.

“Bizi qarşılıqlı rəqabət gücləndirirdi, çünki ikimiz də böyük rəqibik və həmişə qalib gəlmək istəyirik. Bu, həm bizim, həm də futbolu sevən insanlar üçün çox xoş bir dövr idi”,- deyə Messi yekunlaşdırıb.

Yusif EYVAZLI